Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

17.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 17 may, AZƏRTAC

Gürcüstanda Ailə Müqəddəsliyi Günü qeyd olunur. Bu münasibətlə Tbilisidə din xadimləri, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezident Mixail Kavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər.

Yürüş Müqəddəs Üçlük Kafedralında başa çatıb. Gürcüstan Patriarxı İkinci İlya iştirakçıları təbrik edib və dualar oxuyub.

Tbilisidən başqa, müxtəlif yeparxiyalarda da yürüşlər keçirilib.

Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı 2014-cü ildə mayın 17-ni Ailə Müqəddəsliyi Günü elan edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью