Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant SAXLANILDI

12.09.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanda həyata keçirilmiş genişmiqyaslı miqrasiya nəzarəti tədbirləri nəticəsində ölkədə qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var. Onların Gürcüstanda "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Qanunla müəyyən edilmiş tələbləri pozaraq qaldıqları müəyyən edilib.

Saxlanılan şəxslər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib və onların Gürcüstandan çıxarılması ilə bağlı prosedurlar davam etdirilir.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью