Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransadan Britaniyaya qanunsuz yolla keçmək istəyən Gürcüstan vətəndaşının məhkəməsi başa çatıb.
Avtosfer.az Fransa mediasına istinadla xəbər verir ki, iyulun 28-də Karkason aeroportunda pasport nəzarəti zamanı bir nəfərin şübhəli davranışı polisdə şübhə yaradıb. Maraqlı budur ki, həmin şəxs adını düz deyə bilməyib. Daha doğrusu dediyi adla pasport adı fərqli olub.
Şübhə yarandığı üçün onun əl baqajında axtarış aparılıb və daha bir sənəd – Gürcüstan pasportu üzə çıxıb. Bu zaman onun şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olub.
Məhkəmə çıxarılan şəxs bildirib ki, Gürcüstan vətəndaşıdır və ölkəsində pul qazana bilmədiyi üçün Britaniyaya getmək fikrindədir. Latviya pasportunu isə Tiflisdə 1000 dollara alıb. Məqsəd Londona vizasız gedə bilməkdir.
Məhkəmə onun səmimi etirafını nəzərə alaraq 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verib və ən qısa müddətə Avropa ərazisini tərk etməyi tələb edib.
Maraqlıdır ki, Gürcüstanla Avropa İttifaqı arasında viza rejimi olmasa da, Şengen zonasında daimi yaşamaq və işləmək üçün Avropa pasportuna maraq azalmır. Oxşar proseslər hər il Avropa ölkələrində dəfələrlə keçirilir.
Bir neçə il əvəvl isə Fransada yaşayan bir azərbaycanlı Şengen zonasında sərbəst gəzmək üçün 300 dollara bir qaraçıdan Latviya pasportu almışdı. Lakin elə ilk gedişdə Barselonada saxlanılaraq Fransaya qaytarılmışdı. məhkəməyə ifadəsində o bildirmişdi ki, erməni dostu ilə birgə Marseldən İspaniyaya korrida festivalına gedirmiş.
Vüqar Yaşaroğlu