Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

28.09.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanda qanunsuz əsaslarla olan 50 əcnəbi saxlanılıb, onların arasında Azərbaycan vətəndaşları da var.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşlarının ölkə üzrə keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tayland, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın Əcnəbilərin və Vətəndaşlığı Olmayan Şəxslərin Hüquqi Statusu haqqında qanunun tələblərini pozaraq ölkə ərazisində qanuni əsas olmadan olublar.

Hazırda onlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Saxlanılan şəxslərin Gürcüstandan çıxarılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью