Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) tədbir keçirilib.
Mərkəzin müəllimləri Zülfinaz Əliyeva və Sayalı İsmayılova şagirdlərə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, Gürcüstanın müstəqillik tarixi, hər iki ölkənin azadlıq və müstəqillik uğrunda keçdiyi tarixi yol haqqında ətraflı məlumat veriblər.
Görüşdə iştirak edən şagirdlər arasında Gürcüstan və Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri, eləcə də hər iki ölkənin zəngin tarixi və mədəni irsi ilə bağlı sual-cavab təşkil olunub.
GAİM inanır ki, interaktiv müzakirələr şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, tarixi hadisələrə maraqlarının artırılmasına və milli dəyərlərə bağlılıq hissinin gücləndirilməsinə töhfə verir. Tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması və şagirdlərin maarifləndirilməsi gələcəyin bilikli, məsuliyyətli və vətənpərvər gənclərinin yetişməsində mühüm rol oynayır.
XQ