Gürcüstanda azərbaycanlı gənc başından güllələnib

27.07.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün Gürcüstanda azərbaycanlı gənc güllələnib.

“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.

31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb.

Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью