Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü VİDEO

12.02.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Tbilisi-Rustavi avtomobil magistralında qeydə alınıb.

Minik avtomobilinin sürücüsü ötmə hərəkətləri edərkən yük maşınına çırpılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Ölənlərdən biri Dmanisi bələdiyyəsinin Hamamlı kənd sakini Zaur Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью