Gürcüstanda azərbaycanlı güləşçilər üçün master klass təşkil olunub

10.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün Marneulidəki Azərbaycan Evinin idman arenasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yunan-Roma güləşi üzrə idmançıları üçün xüsusi master-klass keçirilib.

Master-klassa Azərbaycanın U-15 yığma komandasının baş məşqçisi, dünya və Avropa mükafatçısı Taleh Məmmədov rəhbərlik edib. Təcrübəli mütəxəssis gənc idmançılarla məşq keçərək onlara yunan-Roma güləşinin texniki və taktiki incəliklərini öyrədib, peşəkar təcrübəsini bölüşüb və dəyərli tövsiyələrini verib.

Tədbirdə GAİM-in yunan-Roma güləşi üzrə müəllimi Elçin Mustafayev də iştirak edib. O, rəhbərlik etdiyi gənc güləşçilərlə birlikdə master-klasda iştirak edərək bu cür təlimlərin idmançıların peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. Elçin Mustafayev qeyd edib ki, tanınmış mütəxəssislərin təcrübəsindən faydalanmaq gənc idmançıların texniki və taktiki hazırlığının yüksəldilməsinə, yarışlara daha inamla hazırlaşmalarına və gələcəkdə uğurlar qazanmalarına əhəmiyyətli töhfə verir.

Gənc idmançılarımıza yeni uğurlar, yüksək və parlaq qələbələr arzulayırıq!

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью