Gürcüstanda azərbaycanlı məktəb direktoru rüşvətə görə saxlanılıb | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini i
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.
Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alıb.
Faktla bağlı cinayət işi açılıb. Törədilmiş cinayət əməlinə görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.
DTX-nın yaydığı videogörüntülərdə soydaşımızın bir qadınla Azərbaycan dilində telefon danışığı və 300 ABŞ dolları həcmində rüşvət alması əksini tapıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu