Gürcüstanda azərbaycanlı yaşlı qadın evində ölü tapılıb

07.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi Bələdiyyəsinin Mamxuti (Saraçlı) kəndində 70 yaşlı qadın yaşadığı evdə ölü tapılıb.

APA-nın Gürcüstan bürosuna daxil olan məlumata görə, qadının meyitini tapan kənd sakinləri ətrafda qan izləri gördüklərini bildiriblər.

Yaşlı qadının evdə tək yaşadığı bildirilib. Hadisə yerinə polis cəlb olunub, meyit ekspertizaya aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью