Gürcüstanda azərbaycanlıların milli kimliyi qanunla QORUNACAQ?

04.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

 “Gürcüstan hakimiyyəti milli kimliyin qorunması üçün xüsusi qanun qəbul edə bilər”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze Gürcüstanın Baş naziri İrakli Kobaxidze milli dəyərlərin qorunması üçün təşəbbüs qrupunun yaradılması ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, hazırda gürcü milli kimliyinə qarşı koordinasiyalı hücum aparılır və buna cavab verilməlidir. Buna görə də ölkə rəhbərliyi cəmiyyətdə süni nifrətin qızışdırılmasının qarşısını almaq üçün bütün tədbirləri görür.

Hökumət başçısı izah etdi ki, müqəddəslərə, ictimai xadimlərə və gürcü krallarına qarşı son təhqirlər hədəfə yönəlmiş hərəkətlərdir.

"Əlbəttə ki, bu cür proseslərə qarşı bütün tədbirləri görməliyik. Əgər bu, qanunun qəbulunu tələb edirsə, onda təbii ki, bu barədə düşünə bilərik", - deyə İrakli Kobaxidze bildirir.

Baş nazir milli kimlik haqqında qanunun əhatə dairəsinə bu ölkədə yaşayan digər millətlərlə bağlı müddəaların salınıb-salınmayacağına aydınlıq gətirməyib.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Gürcüstan azərbaycanlılar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью