Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub

25.07.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Ermənistanla sərhəddə yerləşən Dmanisi şəhərinin 7 kilometr şimal-qərbində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Sherg.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:16-da, 10 kilometr dərinlikdə baş verib.

Zəlzələnin episentrində təkanların gücü 4 bal olub. Yeraltı təkanlar Ermənistanın Şirak və Lori vilayətlərinin şimal hissəsində, o cümlədən Bavra, Aşotsk, Taşir və ətraf yaşayış məntəqələrində 2-3 bal gücündə hiss edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью