Gürcüstanda baş verənlər bu dövlətin daxili işidir Qaluzin

02.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gürcüstanda baş verənlər bu ölkənin daxli işidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin Baltikyanı ölkələrin Gürcüstanda keçirilən aksiyalara görə bu ölkəyə sanksiyaların tətbiq ediləcəyi ilə bağlı bəyanatlara münasibət bildirib. O, baş verənlərin Tbilisinin daxili işi olduğunu və əlavə şərh vermək istəmədiyini bildirib.

Qeyd edək ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin dayandırılmasından sonra ölkədə genişmiqyalı aksiyalar başlayıb. Litva, Latviya və Estoniya etirazları yatıranlara qarşı sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью