Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin “Beşiktaş” klubu ilə İsrailin “Hapoel Beer Şeva” komandası arasında Gürcüstanda keçirilən qarşılaşma tribunalarda baş verən insident səbəbindən dayandırılıb.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, matçın 20-ci dəqiqəsində tribunalarda ciddi qarışıqlıq yaranıb.
Qarşılaşma zamanı “Beşiktaş” azarkeşləri “Fələstinə azadlıq” şüarı yazılmış plakat açıblar.
Gürcüstan polisi İstanbul klubunun azarkeşlərinə qarşı bibər qazı və dəyənəklərdən istifadə edib. Müdaxilə nəticəsində xəsarət alan azarkeşlərdən biri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qarşılaşmanın baş hakimi Morten Kroq köməkçiləri ilə birlikdə paltardəyişmə otağına yollanıb.
Hazırda qarşılaşma dayandırılıb.