Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticəsi ləğv olunub

04.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Gürcüstanda parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması məhkəmə səviyyəsində təsdiq olunub.

Gununsesi.info bildirir ki, məhkəmə Tetritskaro və Tsalki’deki seçki dairəsində elektron səsvermənin nəticələrini ləğv edib.

Bununla da məhkəmə elektron səsvermə aparatlarının vətəndaşın gizli səsverməsinin əngəlləyən sistemin olduğunu təsbit edib.

Qərarı hakim Vladimir Xuçua qəbul edib.
Bu qərardan sonra avtomatik olaraq bütün elektron səsvermə nəticələri şübhə altına düşüb.

Qeyd edək ki, müxalifət seçkinin saxtalaşdırıldığını bəyan edib. ABŞ və Avropa İttifaqı da seçki nəticələrini sərt tənqid edib. Müxalifət kütləvi etirazlara başlayıb.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью