Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb

19.04.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Aprelin 19-da “Kavkasioni” elektrik ötürmə xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Paytaxtda elektrik enerjisinin kəsilməsi səbəbindən metronun birinci xəttində qatarların fəaliyyəti dayandırılıb.

Gürcüstanın enerji operatorunun bildirdiyinə görə, elektrik enerjisinin verilişi tədricən bərpa olunur. Tiflisin bir çox ərazilərində elektrik enerjisinin verilişi artıq bərpa olunub.

Bu, apreldə ölkədə baş vermiş artıq ikinci genişmiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş vermişdi.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью