“Gürcüstanda ciddi toqquşmalar baş verə bilər” Açıqlama

27.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Prezident Zurabişvili hakimiyyəti təhvil vermək istəmir. Onun postundan getmək istəməməsi Gürcüstanda ciddi toqquşmalara gətirib çıxara bilər. Çünki hakim "Gürcü Arzusu" geri çəkilmək niyyətində deyil. Bu isə böhranın dərinləşəcəyi ehtimalını artırır”.

Bu fikirləri Bakupost.az -a politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Zurabişvili öz səlahiyyətlərini təhvil verməsə, onun həbs edilməsi mümkündür:

“Çünki hakim partiya başqa yolu qalmadığını bəyan edə, onu cinayət məsuliyyətinə cəlb edə bilər. Zurabişvilinin məqsədlərinə çatmaq istəyi, özünü müxalifətin lideri kimi təqdim etməsi sabiq Prezident Mixail Saakaşvilinin addımlarını xatırladır. Bu günlərdə Baş nazir İrakli Kobaxidzenin “Zurabişvilinin dəmir barmaqlılar arxasında ola biləcəyi” barədə söylədiyi fikir də təsadüfən deyil. Fikrimcə, bu, bir xəbərdarlıq mesajıdır”.

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью