Gürcüstanda daxili işlər naziri Baş nazirin müavini təyin edilib

20.12.2024

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini baş nazirin müavini təyin edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, məlumatı hökumət administrasiyası yayıb.

Bu gündən Gürcüstan hökumətində Baş nazirin üç müavini var: baş nazirin birinci müavini iqtisadiyyat naziri Levan Davitaşvili, müavinləri isə Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovanidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью