Gürcüstanda dəm qazından iki nəfər ölüb

04.02.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Gürcüstanın Rustavi şəhərində yaşayış evində dəm qazının sızması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, dəm qazı ventilyasiya sistemi vasitəsilə 3-cü və 4-cü mərtəbələrdəki mənzillərə yayılıb.

"Ölən şəxslər, yəni ana və qızı dördüncü mərtəbədə yaşayırdılar. Bir mərtəbə aşağıda yaşayan qadın və onun üç azyaşlı uşağı xəstəxanaya yerləşdirilib", - xəbərdə bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью