Gürcüstanda dövlət bayrağı günü qeyd olunur

14.01.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 14-də Gürcüstanda dövlət bayrağı günü qeyd olunur.

Ölkədə bayraq günü 2012-ci ildən etibarən rəsmi olaraq təntənəli şəkildə qeyd edilir.

Gürcüstanın hazırkı bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiqlənib və yanvarın 14-ü rəsmən Dövlət Bayrağı Günü elan olunub.

Qeyd edək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cü ildə isə ölkə bayrağı dəyişdirilib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью