Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır

22.06.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan hökuməti əcnəbilərin vahid reyestrini yaratmağı planlaşdırır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze parlamentin Hüquqi məsələlər üzrə komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, vahid reyestr Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında yaradılacaq.

Nazir müavini qeyd edib ki, reyestr hər bir xarici vətəndaşın Gürcüstana girişinə, onların xidmətlərdən istifadəsinə nəzarəti, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizəni daha effektiv həyata keçirməyə imkan verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью