Gürcüstanda əcnəbiyə 700 min dollara uran satmağa cəhd edən şəxs saxlanılıb

07.10.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda radioaktiv maddə olan uranla qanunsuz davranmada şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan həmin şəxs nüvə materialı olan “Uran-238”i əcnəbiyə 700 min ABŞ dollarına satmağı planlaşdırıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 10 ilədək həbs cəzası gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью