Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda demoqrafik azalma ölkənin demək olar ki, bütün regionlarını əhatə edib. 2026-cı ilin ilk altı ayında ölüm halları doğumları üstələyib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (“Sakstat”) məlumatında bildirilib.
Qurumun məlumatına görə, Gürcüstanda əhalinin mənfi təbii artımı 2020-ci ildən etibarən qeydə alınır.
2026-cı ilin yanvar-iyun aylarında ölkədə təxminən 17,5 min uşaq doğulub, ölənlərin sayı isə 22,2 min nəfər təşkil edib.
Beləliklə, ilin ilk yarısında Gürcüstanda ölənlərin sayı doğulanlardan təxminən 4,7 min nəfər çox olub.
Əhalinin mənfi təbii artımı Acarıstan və Tbilisi istisna olmaqla, Gürcüstanın bütün regionlarında qeydə alınıb.
Ən böyük fərq İmereti regionunda müşahidə edilib. Burada əhalinin mənfi təbii artımı 1,6 min nəfər təşkil edib.
Sonrakı yerlərdə Sameqrelo-Zemo Svaneti regionu qərarlaşıb. Burada əhali 1,1 min nəfər azalıb. Kaxeti regionunda isə azalma 791 nəfər olub.
Eyni dövrdə Acarıstanda əhali 330 nəfər, Tbilisidə isə 424 nəfər artıb.