Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Gürcüstanda 2020-ci ildə yoxsulluq 21,3 faiz təşkil edib, ötən ilin məlumatlarına görə isə bu rəqəm 7,1 faizdir. Bu o deməkdir ki, Gürcüstanda 280 min insan hələ də yoxsulluq həddindən aşağı yaşayır. Bizim vəzifəmiz bu insanların yoxsulluqdan çıxmasına kömək etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze televiziyada çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki, beynəlxalq metodologiya ilə hesablanan yoxsulluq səviyyəsi Gürcüstanda üç dəfə azalıb.
“Bütün bunlar faktlarla təsdiqlənir. Əsas göstərici insanların dövlət büdcəsinə ödədiyi gəlir vergisidir. Bir milyon insan bu pulu dövlət büdcəsinə ödəyir”, - deyə Baş nazir qeyd edib.