Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb

21.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Gürcüstanda narkomaniyaya qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 142 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərin arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onlardan müxtəlif adlarda külli miqdarda narkotik vasitələr, həmçinin narkotiklərin qablaşdırılması üçün materiallar, elektron tərəzilər, narkotiklərin qanunsuz satışından əldə edildiyi ehtimal olunan pul vəsaiti, qanunsuz əldə edilmiş odlu silahlar və döyüş sursatları götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью