Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə davam edən etirazlarda 113 polis əməkdaşının yaralandığını, 224 nümayişçinin saxlanıldığını açıqlayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanda baş nazir İrakli Kobaxidze hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etirazlar 4-cü gündür ki, davam edir.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib: “Dekabrın 1-2-də Parlamentin yaxınlığındakı Rustaveli küçəsində baş verən hadisələri ictimaiyyətə çatdırmaq istərdik.
Dünən gecə keçirilən aksiyada iştirak edənlərin qanunsuz və zorakı hərəkətləri nəticəsində 21 polis əməkdaşı yaralanıb”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.