Gürcüstanda etiraz aksiyaları zamanı 150dən çox polis əməkdaşı yaralanıb

08.12.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb.
"Report"un yerli bürosunun məlumatına görə, bunu bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
“Etirazlarda zorakı qruplar “Molotov kokteylləri” adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar”, - Daraxvelidze vurğulayıb.
Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью