Gürcüstanda etiraz aksiyaları zamanı belaruslu saxlanılıb

30.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

...NewsGeorgia Gürcüstanın hökumətyönlü “İmedi” telekanalının yayımına istinadən xəbər verir ki, Tbilisidə noyabrın 29-da etiraz aksiyaları keçirən gecə belaruslu Yevgeni Muravitski saxlanılıb.

Saxlanılan şəxsin konkret nədə ittiham olunduğu açıqlanmır. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Evgeni Muravitskinin 25 yaşı var.

Ondan başqa daha 9 əcnəbi - 8 rus və bir gürcü Amerika pasportu ilə saxlanılıb.

...Tbilisidə dünənki etiraz aksiyasının dağıdılması zamanı ümumilikdə 107 nəfər saxlanılıb.

Polis gözyaşardıcı qaz, bibər qazı və şırnaqlardan istifadə edib. Nümayişçilər döyülmə halları barədə məlumat verirlər.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью