Gürcüstanda etiraz aksiyalarının 7ci günü: Rustavelli bağlandı

04.12.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Gürcüstanın paytaxtı Tbilisidə aksiya iştirakçıları yenidən parlament binasına axışmağa başlayıblar.

Publika.az xəbər verir ki, etirazçılar Rustavelli prospektini artıq bağlayıblar. Onlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırıb.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər olunub.

Artıq yeddinci gündür ki, Gürcüstanda etiraz aksiyaları keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью