Gürcüstanda etirazçılar gecəni parlament binasının qarşısında keçiriblər

25.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda etirazçılar gecəni parlament binasının qarşısında keçiriblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, çadırlar quran etirazçılar Rustaveli prospektini avtomobillərin hərəkətinə bağlayıblar.

Etirazla əlaqədar parlament binasının girişlərinə çoxlu sayda polis yerləşdirilib, səhər saatlarında əraziyə su şırnağı maşınları gətirilib.

Qeyd edək ki, bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçiriləcək.

Prezident Salome Zurabişvili də daxil olmaqla ölkə müxalifəti seçkilərin nəticələrini və parlamentin legitimliyini tanımadıqlarını bəyan ediblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью