Gürcüstanda etirazçılar yenidən başladı Tbilisidən son GÖRÜNTÜLƏR

02.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

Modern.az xəbər verir ki, aksiyalar bu gün də davam edir. 

Etirazçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью