Gürcüstanda etirazçılara xəbərdarlıq edildi

30.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib. 

Globalinfo.az xəbər verir ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.

O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.

Polis etirazçıları nizam-intizamlı olmağa çağırıb və hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью