Gürcüstanda etirazları “Soros Fondu” təşkil edir Vitsespiker

23.12.2024

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanda hökumət əleyhinə mitinqlərin arxasında “Soros Fondu” dayanır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib.

“Amerikanın seçilmiş prezidenti Donald Trampın Soros və onun fondunu qadağan edib-etməməklə bağlı sorğu keçirdiyi zaman “Soros Fondu” Gürcüstanda hökumət əleyhinə aksiyalar təşkil edir”, - o, sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, ötən gün “İmedi” telekanalında Tbilisidəki aksiyaların təşkilatçıları haqqında reportaj yayımlanıb. Bildirilib ki, təşkilatçılar və fəalların toplantıları amerikalı milyarder Corc Sorosun maliyyələşdirdiyi “Açıq cəmiyyət” fondunun binasında keçirilir. Fəallar həmin ofisdə Gürcüstan, Avropa İttifaqı, ABŞ bayraqları, vərəqələr və plakatlarla təmin edilirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью