Gürcüstanda fövqəladə vəziyyət elan olunur? Yeni Çağ Media

10.12.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək imkanını nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə müxalif “Atavari Arx” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hakim Gürcü Arzusu Partiyası dekabrın 29-da Mixail Kavelaşvilini Gürcüstanın yeni prezidenti təyin etməyi planlaşdırır.

Bundan sonra partiya fövqəladə vəziyyətin tərkib hissəsi kimi komendant saatı tətbiq etmək niyyətindədir.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью