Gürcüstanda hakim partiyanın prezidentliyə namizədi bəlli olub

27.11.2024

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının prezidentliyə namizədi bəlli olub.

Missiya.Az “Aktual.ge”yə istinadən xəbərinə əsasən, bu barədə partiyanın qurucusu Bidzina İvanişvili Siyasi Şuranın iclasından sonrakı brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, şura bu posta Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Mixail Kavelaşvili 11-ci çağırış Gürcüstan parlamentinin deputatıdır.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью