Gürcüstanda hakimiyyəti zorakılıqla ələ keçirmə cəhdi baş verdi Gürcüstan DTX

01.12.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə aksiyalar Gürcüstanda hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhdin baş verdiyini göstərir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir.
“Gürcüstan parlamentinin ərazisi yaxınlığında keçirilən aksiyalar zamanı müəyyən qrup insanlar təxribatlar təşkil etməyə çalışırlar ki, onların da məqsədi konkret siyasi partiyaların rəhbərləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən dağıdıcı və zorakılıq ssenariləri hazırlamaqdır. Bunun əsas məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”, - məlumatda deyilib.
Qeyd edilib ki, Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan Cinayət Məcəlləsinin 315-ci (Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədilə sui-qəsd və ya üsyan) maddəsi ilə baş verənləri araşdırır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью