Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

31.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Gürcüstanın cəzaçəkmə müəssisələrində 98 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Yanvarın 1-nə olan məlumata əsasən, həmin şəxslərin 20-si ittiham olunan, 78-i isə məhkumdur.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 48-i kişi, 7-si qadın olmaqla 55 nəfər təşkil edir.

Qonşu ölkə hənbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 008 nəfərə bərabərdir. Probasiya nəzarətinə alınan xarici ölkə vətəndaşlarının sayı isə 484 nəfər təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью