Gürcüstanda hər şey bitdi? “Bu, böyük biabırçılıq idi”

06.11.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən razı qalmayan qüvvələr ölkə daxilində bir-birinin ardınca etiraz aksiyaları həyata keçirirlər. Bununla da seçkilərdə saxtakarlıqların olduğunu, yeni seçkilərin keçirilməsinin vacibliyini qeyd edirlər. Dünən- noyabrın 5-də bənzər hadisə yaşandı. Belə ki, 100-dən çox insan Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin qarşısına toplaşaraq, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı yeni qərarına etiraz ediblər.

Bu aksiyalar nəyin göstəricisidir? Müxalifətin etiraz aksiyasını davam etdirməyə resursu varmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, seçki müxalifətin reytinqini müəyyən etmək üçün kifayət etmədi:

“Müxalifətin hər keçən gün reaksiyasının azalması rəqəmlərdə də özünü göstərir. Noyabrın 5-də saat 8 radələrində 4 müxalifət partiyasının birgə koalisiyasının və bir neçə QHT-nin birgə təşkil etdiyi mitinqdə iştirakçı sayı 2-3 min idi”.

Əziz Əlibəyli

Siyasi şərhçinin sözlərinə görə, bu böyük biabırçılıq idi:

“Böyük iddialarla seçkiyə qatılmış müxalifət prosesləri uduzdu. Vəziyyət onu deməyə əsas verir ki, hadisələr müxalifətin reaksiyasının getdikcə azalmasına səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью