Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər | Icma.az
Icma.az bildirir, Modern.az portalına istinadən. Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir.Modern.az Gürcüstan KİV-nə istinadən xəbər v
Artıq Müdafiə Nazirliyində 50-yə yaxın əməkdaşı bu gün bəyanat imzalayaraq, ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.
Bəyanatda bildirilir ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur.
MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər.
Xatıradaq ki, Gürcüstan XİN-in 100-ə yaxın diplomatı hökumətin məlum qərarına etiraz edərək, birgə bəyanat yayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu