“Gürcüstanda höküməti devirə bilməcəyəklər” Zərdüşt Əlizadə

14.10.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra başlayan etiraz aksiyaları yenidən start götürüb.

Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə vurğuladı ki, qonşu ölkədə müxalifət höküməti devirə bilməyəcək.

"Bunun əsas səsəbi odur ki, müxalifət pərakəndədir. Müxalifətin xalq arasındakı dayağı yoxdur. Hakimiyyət kifayət qədər güclü şəraitdədir. Eyni zamanda deyə bilərik ki, hakimiyyət amansız və qəddardır. Hakimiyyətin mövqelərini qorumaq əzmindədirlər. Hakimiyyət müxalifətin etirazlarını boğacaq", - deyə siyasi şərhçi əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью