Gürcüstanda iki qurum rəhbəri dövlət mühafizəsi altına alındı

31.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin dövlət mühafizəsi ilə təminat müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı ölkənin baş naziri İrakli Kobaxidze imzalayıb.

Digər qərarla Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze dövlət mühafizəsi altına alınıb.

Mühafizəni Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью