Gürcüstanda ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək

24.11.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 24 noyabr, AZƏRTAC

Gürcüstan hökumətinin qərarı ilə 2026-cı ildə ölkənin təhsil sistemi tarixində ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək.

ÀZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, imtahana qeydiyyat noyabrın 24-də başlanacaq və dekabrın 1-də başa çatacaq. Nazirin sözlərinə görə, dünyanın əksər ölkələrində dövlət dili imtahanları keçirilir və onun nəticələrinə əsasən, imtahan verənə həmin konkret ölkə tərəfindən tanınan dil biliyi sertifikatı verilir. Bu, xüsusilə əcnəbi tələbələr, dövlət qulluğunda işləmək hüququ olan əcnəbi vətəndaşlar, xaricdə yaşayan gürcülər və biznes sektorunda çalışan qeyri-gürcü dilli kadrlar üçün vacibdir. Gözdən əlillər Brayl sistemi və ya xüsusi elektron proqramla təmin edilir. İmtahanın nəticələri nəzərə alınaraq, dövlət dilini bilmə səviyyəsini təsdiq edən sənəd verilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью