Gürcüstanda inqilab planına imkan verilməyəcək Kobaxidze

29.09.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Biz heç kimə Gürcüstanda hər hansı bir inqilab planını uğurla həyata keçirməyə imkan verməyəcəyik”.

Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları yoxlanılmış metodlarla çalışırlar.

“Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri təşviq etməkdir. Lakin hamıya söz vermək istəyirəm ki, son 13 ildə inqilaba cəhdlər uğursuz olduğu kimi, bu il də və bundan sonrakı illərdə də uğursuz olacaq”, - İ.Kobaxidze söyləyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью