Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı SAXLANILDI

03.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Batumi şəhərində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Bizim.Media Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir.
Bildirilib ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş verilmə prosedurları həyata keçirilir.
"Acarıstan Kriminal Polisi Mərkəzi İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol xətti ilə axtarışa verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətlərinin yekunlarına əsasən axtarışda olan şəxsi Batumidə saxlayıblar", - məlumatda qeyd edilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью