Gürcüstanda iqtidar tərəfdarı müəlliməni avropapərəst mövqeyinə görə bıçaqladı...FOTO

12.12.2024

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Kazreti kəndində naməlum şəxs dövlət məktəbinin müəlliminə hücum edərək, onun sifətinə bıçaqla xəsarət yetirib.

Moderator.az bu haqda  "Qruziyaonlayn" nəşrinə istinadla xəbər verir.  

Məlumata görə, 30 yaşlı Pikriya Epitaşviliyə arxadan hücum edilib.

"Sənin kimi agentlərlə dolu olan sevimli Avropana rədd ol!" – deyərək naməlum şəxs onu yaralayıb.

Qeyd edilir ki, son günlər hakim  “Gürcü arzusu”  partiyası ilə əlaqəsi olan şəxslərin rejimi tənqid edən vətəndaşlara fiziki təzyiqlər göstərməsi halları çoxalıb.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью