Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Gürcüstanda yerli seçkilərdə seçici fəallığı Tbilisi vaxtı ilə saat 15:00-a kimi 28,22 faiz olub, 991 651 nəfər səs verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bizimyol.info xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani məlumat verib.
Seçicilər şənbə günü 64 şəhər və rayonda merləri və yerli məşvərət orqanlarının (sakrebulos) üzvlərini seçirlər. Ölkədə yaşayan 18 və yuxarı yaşda olan 3 milyon 513 min 818 Gürcüstan vətəndaşı səsvermə hüququna malikdir. Onlar üçün 3061 seçki məntəqəsi açıqdır. Seçkiləri 28 beynəlxalq və 27 yerli təşkilatın nümayəndəsi izləyir. Seçkiləri 73-dən çox KİV işıqlandırır.
Bizimyol.info