Gürcüstanda keçmiş həbsxana direktorunun meyti tapılıb Media

08.10.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Gürcüstabnın Qldani Penitensiarının keçmiş direktoru David Qoqoberişvilinin meyiti evinin qarajında aşkar edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat yayıb.

Telekanalın məlumatına görə, həbsxananın keçmiş direktorunun meyiti üzərində güllə yarası aşkar edilib.

İstintaq “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə iş üzrə başladılıb və yeni hallar yaranarsa, iş yenidən tövsif oluna biləcəyi qeyd edilir.

David Qoqoberişvili və müavini 2025-ci ilin yayında, hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin keçmiş şəriki Giorgi Baçiaşvilinin həbsxanada döyülməsindən az sonra öz vəzifələrini tərk edib. Rəsmi araşdırmaya görə, Baçiaşviliyə hücum məhbuslar arasında münaqişə nəticəsində baş verib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью