Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib

02.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 2 sentyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin (DTRA) əməkdaşlığı çərçivəsində kimyəvi və bioloji təhdidlərə qarşı “NEXUS Georgia 2026” sahə-praktiki təlimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təlimdə iştirakçı qurumlar real şəraitə uyğunlaşdırılmış üç fərqli kimyəvi və bioloji hadisə ssenarisi üzrə fəaliyyət göstəriblər. Mövcud standart əməliyyat prosedurları praktikada sınaqdan keçirilib, hadisələrə cavab mexanizmləri və qurumlararası koordinasiya prosesində mövcud çatışmazlıqlar müəyyənləşdirilib.

Sentyabrın 8-də isə Mtsxeta şəhərində kütləvi toplaşma yerlərində kimyəvi və partlayıcı maddələrlə bağlı hadisələrə cavab verilməsi üzrə növbəti simulyasiya təliminin keçirilməsi planlaşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью