Gürcüstanda komissiya yaradıldı Saakaşvili dövrü üçün “Nürnberq prosesi” başlayır

05.02.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Gürcüstan parlamentində 2003-2012-ci illərdə mövcud hakimiyyətin və onun siyasi xadimlərinin fəaliyyətinin araşdırılması məqsədilə müvəqqəti istintaq komissiyası yaradılıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, məsələni qanunverici orqanın plenar iclasında 83 deputat dəstəkləyib.

Üç gün ərzində parlamentin Prosedur məsələlər və qaydalar komitəsi müvəqqəti istintaq komissiyasının üzvlərinin sayını və proporsional nümayəndəlik üçün kvotaları müəyyən edəcək.

Komissiya sabiq prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri altı ay ərzində araşdırmağı planlaşdırır. Daha sonra materiallar Gürcüstanın Baş Prokurorluğuna təqdim olunacaq.

Qeyd edək ki, istintaq komissiyasının fəaliyyəti artıq M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası üçün kiçik “Nürnberq prosesi” adını alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью