Gürcüstanda matəm elan edildi

08.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Yanvarın 9-u Gürcüstanda matəm günü elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, sabah ölkə üzrə işğalda olan Abxaziyanın Qali rayonunun Saberio kəndində baş vermiş və 5 uşağın həyatını itirdiyi faciə anılacaq.

Matəmlə əlaqədar olaraq dövlət qurumlarının binalarında bayraqlar endiriləcək.

Gürcüstan hökuməti yanğın nəticəsində həlak olan uşaqların ailəsinə və yaxınlarına bir daha başsağlığı verib.

Qeyd edək ki, faciə yanvarın 5-də baş verib. Dünyasını dəyişən doğma bacılar sabah dəfn olunacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью